Bərdədə maşın qatarla toqquşdu

Bərdənin Həsənqaya kəndində qatar "VAZ 2107" markalı avtomobili vurub. Dövlət nömrə nişanı "10 OF 079" olan minik maşını Bakı-Xankəndi dəmir yolunun Bərdədən keçən hissəsində Həsənqaya kəndi ərazisində qorunmayan dəmir yolu keçidini keçərkən hərəkətdə olan yük qatarını gözləməyib. Nəticədə avtomobil qatarla toqquşub. APA TV-nin xəbərinə görə, minik avtomobilində olanlardan xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.
 

Müəllif | Apa.Tv