Nazirdən təhsil krediti açıqlaması

 “Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir”. 

APA TV-nin bunu təhsil naziri Mikayıl Cabbarov deyib: "Biz də bu prosesləri izləyirik. Əslində şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik. Bununla bağlı konkret şikayət və müraciətlər olarsa, istər Təhsil Nazirliyinin “Qaynar xətti”nə, istərsə də bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər".

 

Təhsil naziri ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı yaranan problemlərə də aydınlıq gətirib. Kəsiri olan tələbələrin akademik borclarını ödəmək üçün alt qrupda yenidən dərs keçmələrindən ötrü vəsait ödəməsinə gəlincə, M.Cabbarov qeyd edib ki, bu məsələlər Nazirlər Kabinetinin qərarları və digər aktlara uyğun həyata keçiriləcək.

Nazir qeyd edib ki, Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır. Gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələr məcburi şəkildə orta məktəblərdə təcrübə keçəcək. Nazir deyib ki, hazırda bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Təhsil Nazirliyi bölgələrdə müəyyən fənlər üzrə müəllim çatışmazlığını bilir və bunun həllinə çalışır. Bölgələrdə bir müəllimin ixtisasını dəyişərək digər ixtisasdan dərs deməsinə gəlincə, M.Cabbarov əlavə edib ki, əgər kimsə qanun çərçivəsində yeni ixtisasa yiyələnirsə, bu normal haldır.

Saxta diplomlarla bağlı məsləyə aydınlıq gətirən nazir qeyd edib ki, bu sahədə Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. 

Müəllif | Apa.Tv
Almaz Qasımova