65 vəzifəli şəxs VERGİ ORQANLARINDAN UZAQLAŞDIRILIB
"Vergi cinayətləri sahəsində 519 cinayət işi açlıb. Bunlardan 212 cinayət işi səyyar vergi yoxlamalarına , 266 -cı vergi borclarına aiddir".
APA TV-nin xəbərinə görə, bunu vergilər nazirinin müavini Sahir Məmmədxanov deyib. Nazir müavini əlavə edib ki, ötən il vergi orqanlarının 113 əməkdaşı işdən kənarlaşdırılıb ki, bunun da 65 nəfəri vəzifəli şəxslər olub: "İbtidai istintaq zamanı 167 cinayət işinə xitam verilib. 20 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Bu sahə üzrə daxil olmalar 32 milyona yaxındır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur" .
Sahir Məmmədxanov bildirib ki, Bakıda vergi işçiləri və audit vergi əməkdaşları müasir «IPad»lər və internetlə təmin olunub.
2013-cü ildə Azərbaycanda 27 mindən artıq fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib.
Vergilər Nazirliyində ötən ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilib.