Rusiyada 24 YAŞLI HƏMYERLİMİZ GÜLLƏLƏNİB

Sankt-Peterburqun cənubunda yerli sakin azərbaycanlıya atəş açıb. Hadisə Azərbaycan yeməkləri verilən kafedə baş verib. Şəhər sakininin odlu silahdan açdığı atəş nəticəsində 24 yaşlı Pərviz adlı azərbaycanlı yaralanıb. O, dərhal şəhər xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı 32 yaşlı Denis adlı şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, o, daha əvvəl məhkumluq həyatı yaşamayıb. Hadisə yeridən cinayətin törədilməsində istifadə edilən və lisenziyası olan tapança götürülüb. 

Cinayətin baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv