Sərxoş sürücü qəza törətdi, maşınını qoyub qaçdı

Bakının Səbayel rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən "Tofaş" markalı avtomaşın "Lexus"la toqquşub. Qəza nəticəsində "Lexus"un sürücüsü Natiq Niftəliyev xəsarət alıb. Yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. "Tofaş"ın sürücüsü isə hadisə yerindən qaçıb. Şahidlərinin sözlərinə görə, hadisə yerindən qaçan sürücü içkili olub. 

 

Əraziyə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəlib. Qəza toqquşan avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb.

 

Faktla bağlı  Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv