Baba ilə nəvə "ZİL"in ALTINDA QALIB: 1 ÖLÜ
Siyəzən rayonundakı Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV- nin Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini Rəfael Xankişiyevin idarə etdiyi "10 JD 354" dövlət nömrə nişanlı "ZİL" yolu keçmək istəyən Yaqubov Eyyub Əliağa oğlunu və onun nəvəsi- 2010-cu il təvəllüdlü Ocaqquliyev Rəşad Vurğun oğlunu vurub.
Qəza nəticəsində E.Yaqubov dünyasını dəyişib, nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu və paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərildiyi bildirilir.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.