İmişlidə GÜCLÜ YANĞIN

İmişlidə fərdi evdə yanğın olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəlada Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsindən xəbər verilib. Məlumata görə, hadisə rayonun Yalavac kəndində Adil Xəlilova məxsus fərdi yaşayış evində qeydə alınıb. Alov evin dam örtüyündən başlayıb və qısa müddətdə mənzilin yuxarı hissəsini bürüyüb. Hadisə yerinə  İmişli rayonu Yanğından Mühafizə hissəsinin yanğından mühafizə xidmətinin 2 ədəd  texnikası və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırlıb. Yanğın zamanı 120 kvadratmetr sahəsi olan evin  90  kvadratmetr sahəsi xilas olunub. Hadisənin elektirk naqilindəki qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı