Milli televiziyamız 58 yaşında

58 il öncə Azərbaycanda ilk televiziya yaranıb. 1956-cı il fevralın 14-dən fəaliyyətə başlayan televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstərilib. Sonra gənc aktrisa Nəcibə Məlikova "Göstərir Bakı" sözlərini səsləndirib və tamaşaçıları təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" filmi nümayiş olunub. 180 metrlik teleqüllənin inşası sona çatmadığı üçün studiya antenası 44 metrlik adi neft buruğuna quraşdırılıb. İlk vaxtlarda yalnız Bakı və Sumqayıtı əhatə edən yayım bir ildən sonra Azərbaycanın bütün bölgələrində nümayiş olunub. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin proqramları 22-ci kanalla, peyk vasitəsilə yayımlanır.


Hazırda  Azərbaycanda 9 televiziya kanalı, 13 regional televiziya, 15 radio, həmçinin internet televiziyaları fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanda xarici ölkəyə məxsus 2 televiziya, 3 radio yayımçısı fəaliyyətdədir.

 

Müəllif | Apa.Tv