Ərdoğandan Gülənə mesaj: "Təmiz olsaydınız, qarğışınız tutardı"
"Mənim oğlum da daxil, nazirlərimin uşaqları prokurorlara qarşı maddi və mənəvi təzminat iddiası ilə məhkəməyə müraciət edəcək".
APA TV-nin xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qalmaqallı "rüşvət əməliyyatı" haqqında danışarkən bildirib. Ərdoğan prokurorları həmçinin, "Paralel dövlət"lə birgə hərəkət etdiklərinə görə də tənqid edib. Baş nazir bundan başqa, övladlarının idarəçiliyində olan TÜRGEV-in də prokurorlara qarşı iddia ilə çıxış edəcəyini qeyd edib.
Ərdoğan Gülən camaatının ona qarğış etdiyini, sonra da "bu qədər ildir, bəddua edirik, tutmur", deyə şikayətləndiklərini bildirib.
"Təmiz olsanız, qarğışınız tutardı. Amma bizə millət dua etdiyi üçün Allah da yardım edir"- deyə, Ərdoğan qarşı tərəfə mesaj göndərib.