QARDAŞ BACISNI ÖLÜMCÜL YARALADI
Bakıda qardaş bacısını bıçaqlayıb. Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. APA TV Vesti.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb 31 yaşlı Ədilə Veystaninin evə gec saatlarda gəlməsi olub. Bundan hiddətlənən qardaşı, 36 yaşlı Bəhruz Veystani bacısından bu hərəkətin izahını tələb edib. Bacısı rəfiqəsigildə olduğunu desə də, Bəhruz buna inanmayıb və bıçağı götürərək ona iki zərbə endirib. Bıçaq zərbələrindən biri Ədilənin əvvəlcə sol qoluna dəyib. İkinci zərbə isə onun sinəsinə tuş gəlib. Ədilə Veystani xəstəxanaya çatdırılıb, polis yalnız bundan sonra hadisədən xəbər tutub. Onlar bıçaqlanmanın baş verdiyi evə gələrək, Bəhruzu sorğu-suala çəkiblər. Qardaş əvvəlcə hadisəni törətdiyini boynuna almayıb. O, bölməyə gətirildikdən sonra bacısını bıçaqladığını etiraf edib. Bacısına hirsləndiyini və onun evə gec gəlmələrini özünə sığışdırmadığını deyib. Zərərçəkən isə ifadəsində ilk dəfədir, evə gec qayıtdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.