Zaqatalada 19 YAŞLI OĞLAN QİDADAN ZƏHƏRLƏNƏRƏK ÖLÜB

Zaqatalada 19 yaşlı oğlan qidadan zəhərlənərək ölüb. Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Zaqatala şəhəri, Saleh Qocayev 57 ünvanında ağır xəstə olması barədə xəstəxananın Təcilli Yardım şöbəsinə məlumat daxil olub.Həmin ünvanda  kirayədə yaşayan 1995-ci il təvəllüdlü Xəlilov Elvin Ələkbər oğlu xəstəxananın qəbul şöbəsinə daxil olan zaman onda heç bir həyati əlamət olmayıb. Ailəsinin həkimlərə verdiyi məlumata görə, Elvin Xəlilov qidadan zəhərlənib. Gəncin ölümünün dəqiq səbəbini  isə tibbi ekspertizanın rəyindən sonra söyləmək mümkün olacaq. Zaqatala rayonu hüquq-mühafizə orqanlarından  APA TV-yə verilən məlumata görə, Elvin Xəlilov Gürcüstanda ali məktəblərin birində təhsil alır. O, Zaqatala bazarı ərazisindəki yeməkxanaların birində dostu ilə yemək yeyib və onlar yemək zamanı spirtli içki qəbul ediblər. Elvin Xəlilovun atası Ələkbər Xəlilov Dövlət Sərhər Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsində hərbi həkim vəzifəsində çalışır. Fakla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov