Lənkəranda RUHİ XƏSTƏ İNTİHAR EDİB

Lənkəranda intihar hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində  qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı  Əliyeva özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı  olub. O, dərhal  hadisə barədə  qonum-qonşulara xəbər verib. Onların  köməkliyi ilə mərhumun cəsədi quyudan çıxarılıb. Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi  xəstə olub. Əvvəllər uzun müddət  çay fabrikində çalışıb. Dəfələrlə özünü öldürəcəyi barədə yaxınlarına xəbərdarlıq edib. Evdə  qardaşı və onun həyat yoldaşı ilə birgə yaşayıb.  O, 6 metr dərinliyi olan quyuya başı  üstə  düşüb.  İntihar edərkən isə evdə tək olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma  aparılır. 

Müəllif | Apa.Tv