VALENTİN KİM OLUB?

14 fevral - Sevgililər günü kimi qeyd edilir bütün dünyada. Bu tarixin bayram kimi qeyd edilməsi Qədim Romaya gedir. Romada bu gün tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. 15 fevral günündə isə "Lupercalia Bayramı" başlayırdı. Bu bayramda Romalı gənc qızlar adlarını kiçik kağız parçasının üzərinə yazıb bir qaba qoyurdular. Oğlanlar isə qabdan bu kağızları çəkərək üzərində adı yazılan qızla bayram boyunca birlikdə olurdular. Bir-birinə aşiq olan cütlər bayramdan sonra evlənirdilər. İmperator 2-ci Claudius ordusunda döyüşəcək əsgər tapa bilmədiyi üçün Romadakı bütün nişan və evlilikləri ləğv edir. Çünki kişilər ailəsini atıb döyüşə getmirdi. Müqqədəs Valentin də Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş olub. O, keşiş Müqəddəs Marius ilə birlikdə Claudiusun qadağasına baxmayaraq, gizlicə cütlükləri evləndirməyə davam edir. İmperator bir müddət sonra bundan xəbər tutur. Müqəddəs Valentin insanları evləndirdiyi üçün həbs olunur və çubuq ilə döyülərək öldürülür. O, 270-ci ilin 14 fevralında Xristian qəbristanlığında basdırılır. 

Bir müddət sonra keşişlərin səyi ilə romalı gənclər "Lupercalia Bayramı"nın başladığı günü "Müqəddəs Valentin Günü" olaraq qeyd etməyə başladılar. O gündən hər ilin 14 Fevralı - Sevgililər günü olaraq qeyd olunur.
İllər keçdikcə fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrilir. Və bütün dünyaya yayılır.

 

Müəllif | Apa.Tv
Apa.tv