Baş prokuror qəbul keçirdi
Fevralın 14-də baş prokuroru Zakir Qaralov İsmayıllıda vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, baş prokuror İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay və Kürdəmir rayonunda yaşayan vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Müraciətlərdən bəziləri yerindəcə həllini tapıb. Qəbulda aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Sonda rayon prokurorların iştirakı ilə müşavirə keçirilib.