Bakıda səfirlikdə yanğın həyəcanı - TƏLİM

Yanğın, tüstü, həyəcan. Bunlar Fransanın Bakıdakı səfirliyinin inzibati binasında yaşanıb. Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

 

APA TV-nin xəbərinə görə, təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Xilasetmə qüvvələri, texnika və avadanlıqları, xeyli sayda canlı qüvvəsi iştirak edib. Yanğınsöndürənlər tez bir zamanda səfirliyin binasına daxil olaraq, tüstüdən boğulan iki səfirlik əməkdaşını xilas ediblər.

 

Təlimi izləyən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye öz fikrilərini bölüşüb: "İstədik ki, səfirliyin əməkdaşları bilsinlər, yanğın zamanı nələri bilmədilər. Baxmayraq ki, bütün qaydalar səfirliyin binasında göstərilir. Ancaq əmin olmuruq ki, səfrilk əməkdaşları oxuyur və lazım gələndə düzgün yerinə yetirirlər. Başa düşdük ki, hər hansı bir hadisə yaranarsa, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları əlindən gələni edəcək".

 

Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması olub.

 

Müəllif | Apa.Tv