"Ən yaxşı sevgi mesajı" - "BAĞIŞLAMAQ"
"Sevgi həqiqətən çox böyük məvhumdur. Hər adama qismət olmur. Elə bilirəm, kiməsə qismət olubsa, o, çox xoşbəxt adamdır. Mənə elə gəlir ki, günün elə də bir önəmi yoxdu. Əsas odur, sevəsən".
"İndiki zamanda sevgi yoxdur".
"Sevgi mənim üçün hər şey deməkdir. Çox sevirəm. Mən sevgiyə inanıram. Hər gün, hər saniyə "sevirəm" sözünü demək lazımdır. Mənim üçün hər gün sevgililər günüdür. Təqvimin fərqi yoxdur. Hər gün sevgilimə hədiyyə alıram".
"Bizim öz sevgililər günümüz var, qəbul etmirik. Bunun nə tarixi bəllidir, nə mahiyyəti. Düzdür, bunu valentinlə bağlayırlar. Sevgi... Mümkünsə burada üç nöqtə qoyub söhbəti saxlayaq. Çünki doğrudan da bunu bir kəlmə ilə demək mümkün deyil".
Bunları APA TV-nin 14 fevral - Sevgililər günü ilə bağlı keçirdiyi sorğu zamanı paytaxt sakinlərinin verdiyi cavablardır.
Sevgi yaradıcılıqdır, gələcəyə baxmaqdır, yaşamaq uğrunda mübarizədir. Gələcəyə stimul verən faktordur. Kimlərsə bu hissləri anlayır, həyatını daha maraqlı edir, kimlərsə sevginin boş olduğunu fikirləşir. Amma bir gerçək də var ki, sevgisiz həyat maraqsız, sönükdür. Pisixoloq Elnur Rüstəmovun sözlərinə görə, etnopisixologiyadan qaynaqlanan bir çox məqamlar var ki, nəticədə bir qisim insan üçün sevgi əzab çəkmək kimi anlaşılır. Bunun da özünə uyğun səbəbi var: "Bunun kökü Leyli-Məcnundan gəlir. Çünki bizim bütün sevgililər əzab çəkirlər. İndi də bizim düşüncəmizdə bu yanaşma qalıb. Bunu dəyişmək lazımdır.
Pisixoloq deyir ki, Azərbaycanda "sevgililər günü" başqa tarixə təsadüf etsə də, insanların 14 fevralda onu qeyd etmələrində heç bir qəbahət yoxdur: "Çünki onların niyyətləri pis deyil. Əgər bir oğlan bir qıza sevgisini etiraf edərsə, əgər bir ailədə bir kişi həyat yoldaşına hədiyyə alarsa, əgər kimsə bu günü əsas gətirib ailəsi ilə yaxşı davranarsa, bunun nəyi pisdir".
Sevgi uğrunda canlarına qəsd edən insanlara gəlincə, əslində o insanlar sevgi uğrunda intihar etmirlər: "İnsanların özlərinin sevgiyə qədər daxili komfiliktləri, pisixoloji narahatçılıqları olur. Sadəcə sevgi bu addımda bir bəhanə rolunu oynayır. Əslində bu, fərdi pisixoloji problemdir. Fərd pisixoloji problemlərini həll etsə, mən düşünmürəm ki, öz sevgisi uğrunda intihara gedər. Əksinə yaşamağı daha çox istəyəcək, daha da həyata bağlanacaq və həyatını elə formada qurmağa çalışacaqQ.
Sevən və sevməyənlər arasında böyük fərq olduğunu deyən pisixoloq bildirir ki, ümumiyyətlə bu hissi özündən uzaq tutanlar, hər zaman aqressiv, həyatdan küskün olurlar. Onun fikrincə pisixoloji travmalar da insanda sevgiyə qarşı bir güvənsizlik yaradır. Ailə daxilidə konflikt görən uşaqlar isə bir çox hallarda sevginin boş bir şey olduğunu düşünürlər: "Bir qisim insanlar uğurusuz sevgi yaşayır ki, sonra onlarda bu hiss tamamilə aradan çıxır. Bəzən bir qadın uşaqlarına şikayətlərək deyir ki, "mən atanızı sevmişdim, amma nəticədə mənim gün- güzarnıma baxın". Diqqət edin, sevən və sevməyən iki insan. Onların geyim tərzindən tutmuş həyata baxışlarına qədər hər şeyləri fərqlidir".
Fevralın 14-də APA Holdingin nəzdində fəaliyyət göstərən Ailəm.az saytının keçirdiyi "Ən yaxşı sevgi mesajı"müsabiqəsinin qalibləri məlum olub. Münsiflər heyətinin qiymətləndirməsinə görə, müsabiqədə birinci yeri "Bağışlamaq" mesajı ilə Çinarə Rzayeva tutub. İkinci və üçüncü yerlərə isə "Kor diktator" mesajı ilə Səid Əliyev, "Ət parçası" mesajı ilə Rahim Abdullayev laiq görülüb. Müsabiqədə Facebook və Twitter səsverməsinin qalibləri isə Kamran Bədəlov və Vüsal Hacıyev olub.
Qalib fikirlərini belə dilə gətirib: "Bir dəfə nişanlım mənə arzuolunmaz bir insanı xatırlatdı və sonra dedi ki, "bağışla də mən sənin əhvalını korlamaq istəməzdim". Mən də dedim ki, onunla elə xoşbəxtəm ki, əhvalımı heç kəs korlaya bilməz. Mən hamını bağışlamağa hazıram".
Ən yaxşı sevgi mesajı müsabiqəinin münsifləri Kulis.az internet dərgisinin baş redaktoru yazıçı-publisist Qan Turalı, jurnalist Vüsalə Məmmədova və şairə Sevinc Çılğın olub. Müsahibənin qalibləri hər münsif tərəfindən maksimum 10 bal qiymətləndirmə ilə müəyyənləşib. Birinci yerin sahibi 27, ikinci yerin sahibi 25, üçüncü yerin sahibi isə münsiflərdən 23 bal alıb. Parfumshop.az-ın sponsorluğu ilə keçirilən müsabiqədə qalibə planşet, ikinci yerin sahibinə mobil telefon, üçüncü yerə, həmçinin, Facebook və Twitter qaliblərinə isə parfüm dəsti hədiyyə edilib.