Qax sakininin evi yandı
Qaxda fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, yanğın hadisəsi Qax şəhəri, Şota Rustaveli küçəsində, 79 yaşlı Vaxtan Alaqulaşviliyə məxsus, ümumi sahəsi 72 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı, mətbəx və şüşəbənddən ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə dərhal FHN-nin Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 1 otağının, mətbəxinin və şüşəbəndi içindəki əşyalarla birlikdə 42 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən qorunub. Yanğın nəticəsində ev sahiblərindən xəsarət olan olmayıb.
Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.