Sabirabadda yanğın – FƏRDİ YAŞAYIŞ EVİ YANDI
Sabirabadda fərdi yaşayış evi yanıb. Sabirabad rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, yanğın Sabirabad şəhərində 1970-ci il təvəllüdlü Xəlilov Nəriman Əliş oğluna məxsus fərdi yaşayış evində baş verib. 70 kvadratmetr sahəsi olan 2 otaq və bir eyvandan ibarət evin bir hissəsi yanıb. Yanğına evin yaxınlığında yığılmış quru ota od düşməsi səbəb olub.
Hadisə yerinə Sabirabad rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən briqadası cəlb edilib. Yanğın lokallaşdırılıb, evin bir hissəsi yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.