Bakıda 85 yaşlı qadın belə xilas edildi - ƏMƏLİYYAT

FHN-nin qaynar xəttinə Aşıq Qurban küçəsi, bina 3, mənzil 45-də bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN -nin xilasetmə briqadası cəlb olunub. Dəmir çərçivə xüsusi alətlərlə kəsildikdən sonra xilasedicilər mənzilə keçiblər.

 

Hadisə yerində olan həkim briqadası huşsuz vəziyyətdə olan 85 yaşlı qadını müayinə ediblər. Məlum olub ki , Anna Makarovna adlı qadın yüksək təzyiqdən sonra insult keçirib. Evdə tək yaşadığından heç kəsi köməyə çağıra bilməyib.
 

Qadın təcili tibbi yardım maşını ilə Əfəndiyev adına xəstəxanaya göndərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv