Səfir: “Azərbaycan, Türkiyə və İran XİN başçıları Suriyada vəziyyəti müzakirə edə bilər”

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə Suriyada baş verən son hadisələr müzakirə oluna bilər. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə regionda mövcud problemlərin həlli üçün müzakirələrə hər zaman açıqdır: "Azərbaycan, Türkiyə və İran bu iclasın keçirilməsi üçün hazırdır. Lakin bu görüşdə üç nazir iştirak edəcəyinə görə biz bir-birimizlə məsləhətləşməliyik. Hazırda tərəflər arasında məsləhətləşmələr davam edir. Eyni zamanda dəqiq vaxt müəyyən etməmişik, iclasın gündəliyi təyin edilməlidir. Hesab edirəm ki, tərəflərin xarici siyasət idarələri rəhbərlərinin görüşü zamanı bir çox məsələlər, o cümlədən regional və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılacaq".

 

Müəllif | Apa.Tv
Apa.tv