KANADA UKRAYNA MÜXALİFƏTİNƏ YARDIM EDƏCƏK

Ukrayna prezidenti Viktor Yanukoviç milli referendum ideyasını dəstəkləməyə hazır olduğunu bildirib . Sitat: "Bu addım Ukrayna xalqını yenidən bir araya gətirəcək. Bu gün Ukraynada insanları narahat edən ən həssas məsələlərdən biri məhz milli referendumdur”.


Qeyd edək ki, 2013-cü ilin noyabrından başlayaraq Kiyev və digər şəhərlərdə "Avropaya inteqrasiya prosesi"nin dondurulması fonunda aksiyalar keçirilib. Yüzlərlə insan iğtişaşlarda yaralanıb.

Kanada hökuməti Ukrayna müxalifətinə yardım etmək qərarına gəlib. Artıq hökumət Ukrayna müxalifət fəallarının müalicəsi üçün vəsait ayrılması barədə qərar qəbul edib . Kanadanın xarici işlər naziri John Baird bildirib ki, vəsait demokratiya uğrunda mübarizəyə qalxanların müalicəsi üçün istifadə olunacaq.

Qeyd edək dünyada ən çoxsaylı Ukrayna diasporunun olduğu ikinci ölkə Kanadadır.

 

Müəllif | Apa.Tv
Apa.tv