PREZİDENTƏ SUİ-QƏSD HAZIRLAYANLAR HƏBSXANADAN QAÇIRILDI

Yəməndə həbsxanaya silahlı basqın olub. Silahlı şəxslər həbsxana yaxınlığında partlayış törədərək 7 nəfəri öldürüblər. Qarışıqlıq nəticəsində 29 məhbus həbsxanadan qaçıb. Dəstənin azad etdiyi dustaqların bir çoxu terrorçuluğa görə məhkum edilmiş şəxslərdir. Həbsxanadan qaçanlar arasında prezidenti Abed Rabbo Mansour Hadi və Qərb diplomatlarına sui-qəsd hazırlamış şəxslər də var.
 

Həbsxanada atışma nəticəsində öldürülənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
 

Müəllif | Apa.Tv
Apa.tv