Gəncədə “MİTSUBİSHİ” “MERCEDES”LƏ TOQQUŞDU, yaralananlar var
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Şəhər sakini, 27 yaşlı Bayram Hüseynov idarə etdiyi “Mitsubishi” markalı avtomobilə hərəkətdə olarkən, şəhər sakini, 28 yaşlı Ruslan Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mitsibuşi” aşaraq yolun kənarındakı işıq dirəyini sıradan çıxarıb. Nəticədə sürücü və sərnişini, 25 yaşlı Günay Hüseynova müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
“Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. İlkin ehtimallara görə hadisəyə səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.