Sabah Bakıda yağıntılı hava şəraiti gözlənilir
Bakı və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.