Mətləb Ağanın “11-ə qədər” kitabının təqdimatı keçirilib
“APA Holding”in konfrans zalında yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən şair Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
“11-ə qədər” Mətləb Ağanın oxucularla ilk görüşüdür. Şairin ilk kitabına daxil edilən şeirlər 3 bölümdə təqdim olunub. "Kulis.az" dərgisinin təşkilatçılığı ilə keçirilən mərasimdə şairin yaradıcılığından söz açılıb.
Kitabın sonunda isə “Mətləb Ağa haqqında deyilənlərdən” bölümü yer alır. Burada Nəriman Əbdülrəhmanlı, Məti Osmanoğlu, Əkbər Qoşalı, Həyat Şəmi, Təranə Yusif Turan və digər çağdaş qələm adamlarının Mətləb Ağa yaradıcılığı haqqında düşüncələrinə yer verilib.
Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin rəhbəri Namiq Hacıheydərlidir.