Bakıda mənzillərin qiyməti niyə bahalaşıb? – XÜSUSİ REPORTAJ
"Köhnə binalarda 1 otaqlı mənzil 55 min dollar civarında idi, hazırda 70 min dollardır. 2 otaqlı mənzillər 75 min dolar idi, indi 90-95 min dollara qalxıb. 3 otaqlı mənzillərin qiyməti isə 100-110 min dollardan 130 minə qalxıb". Bu fikirləri APA TV-yə Daşınmaz Əmlak Agentliyinin nümayəndəsi Emin Əhədov deyib. Onun sözlərinə görə, bəzi ərazilərdə söküntü işlərinin başlanması, eləcə də ipoteka kreditlərinin verilməsi qiymət artımına səbəb olub".
Paytaxt sakinləri də mənzillərdə kəskin bahalaşma olduğunu deyirlər.
Son ev köçürmələrinin iqtisadi təsirləri ilə yanaşı, psixoloji təsirləri də olub. Mənzil bazarında qiymət artımı davamlı müşahidə edilməkdədir. İqtisadçı-ekspert Ramil Osmanov hesab edir ki, keçmiş “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasını sürətləndirib: "Mənzil bazarındakı yaşanan bahalaşmaya səbəb yalnız hər hansı bir söküntü prosesi və yaxud kompensasiyaların kütləvi şəkildə ödənilməsi yox, hətta bu istiqamətdə müzakirələrin aparılması da təsir göstərir. Süni-spikuliativ söhbətlər birbaşa qiymət artımına səbəb olur. Söküntü işlərinə start verilirsə, eyni zamanda bazara 10 minə yaxın alıcı daxil olursa, bu qiymət artımına ciddi xəbərdarlıqdır".
Sünü qiymət artımının qarşısının alınması məsələsinə gəıldikdə, Ramil Ocmanov hesab edir ki, hökümətin inzibati qaydada bazara müdaxiləsi belə bu prosesə təsir göstərə bilməz: “Azərbaycan iqtisadiyyatının özəyini bazar iqtisadiyyatı təşkil etdiyindən, tənzimlənməyən qiymətlərə dövlət tərəfindən inzibati müdaxilə əslində sahibkarlıq mühitinin özünə müdaxiləsi kimi qiymətləndirilə bilər".
Ramil Osmanov deyib ki, baş verən süni qiymət artımının qarşının alınması üçün azad-liberal bazar iqtisadiyyatı formalaşmalıdır.