Şirvanda ağır yol qəzası: İKİ NƏFƏR YARALANIB

Şirvan şəhərində iki nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Şəhərin Heydər Əliyev prospektində Hacıqabul rayon sakini, 1966-cı il təvəllüdlü Aslanov Asəf Müzəffər oğlunun idarə etdiyi “Opel” markalı avtomaşın, Saatlı rayon sakini, 1984-cü il təvəllüdlü Səlimov İmaməddin Allahverən oğlunun idarə etdiyi “VAZ 2107” ilə toqquşub.

Qəza nəticəsində “VAZ 2107”də olan sərnişin, 1978-ci il təvəllüdlü, Saatlı rayonun Mircəlallı kənd sakini Tağıyev Ramiz Saleh oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Digər sərnişin, əlil Ramiz Tağıyev maşında sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə gələn təcili yardım briqadasının köməkliyi ilə xilas edilib. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv