Prezidentin təklifi qəbul olunmadı

İtaliyada baş nazir Enriko Lettanın istefa verməsindən sonra diqqətlər prezident Corcio Napolitanoya yönəlib. Prezidentin yeni hökumətlə bağlı nə qərar verəcəyi səbirsizliklə  gözlənilir.

Yeni seçki istəməyən Napolitano siyasi böhranı həll etmək üçün partiya liderləri ilə görüşə biləcəyini bəyan edib. Bəzi partiyalar prezidentin bu təklifini qəbul etməyib. Qeyd edək ki, baş nazir Enriko Letta istefa ərizəsini Prezident Corcio Napolitanoya fevralın 14-ü təqdim edib. O, bu barədə özünün "Twitter"dəki mikrobloqunda yazıb. "Öz istefa ərizəmi dövlət başçısına təqdim etmək üçün Kvirinal sarayına gedirəm. Mənə kömək edən hər kəs sağ olsun. Hər gün sonuncu kimidir" deyə baş nazir status yazıb.

Müəllif | Apa.Tv