Şiələrlə sünnilər koalisiya hökuməti qurdular
Livanda 10 ay sürən siyasi böhrandan sonra yeni hökumət formallaşıb. Livan Nazirlər Kabinetin baş katibi Suxeyl Bucinin açıqladığı hökumətə həm şiələrin “Hizbullah” və onun tərəfdar təşkilatlarının təmsilçiləri, həm də sünniləri təmsil edən keçmiş baş nazir Saad Haririnin nümayəndələri yer alıb. Livanın baş naziri postunu keçmiş mədəniyyət naziri 68 yaşlı Tammam Salam tutacaq. Bu vəzifədə o Nacib Mikatini əvəz edəcək. Koalisiya hökumətinə etiraz edən minlərlə insan isə küçələrə çıxaraq aksiya keçirib. Liviya polisi aksiya iştirakçılarına qaz bombası və su şırnaqları ilə müdaxilə edib. Çox sayda insan yaralanıb.