Deputatların YUMRUQ DAVASI

Türkiyə Böyük Millət Məclisində (TBMM) Hakimlər, Prokurorlar Birliyi qanununun müzakirəsi olub. Çıxış edən CHP başqanının müavini Bülent Tezcan rüşvət mövzusunda hökuməti tənqid edib. Vaxtının başa çatmasına baxmayaraq tribunadan enməyən Tezcanı xəbərdar ediblər. Yenə də çıxışına davam edən vəkilə AKP millət vəkilləri qarşı çıxıb. Etirazlara əhəmiyyət verməyən Tezcan tribunanı işğal etməyə davam edib. AKP millət vəkili Bayram Özçelik Tezcanın yanına gedib. Aralarındakı mübahisədən sonra Özçelik Tezcana yumruq vurub. Bu zərbədən sonra məclis qarışıb. Dava təxminən 5 dəqiqə davam edib. 

Müəllif | Apa.Tv