Abdulla Öcalan tərəfdarları aksiyalar keçirdilər
Türkiyə polisi Diyarbəkirdə kürd aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. PKK lideri Abdulla Öcalanın həbs edilməsinin ildönümü ilə bağlı keçirilən bu aksiyada iştirak edənlər, Öcalana azadlıq tələbi ilə çıxış ediblər. Öcalanın həbs edilməsinin ildönümü günündə Türkiyənin cənub-şərq bölgəsində yerləşən digər şəhərlərdə də oxşar etiraz aksiyaları keçirilib. Fransanın Strasburq şəhərində yaşayan kürdlər də aksiya təşkil ediblər. Qeyd edək ki, PKK lideri Öcalan 1999-cu ildən həbsdədir.