Yaralı polislərdən biri ÖLDÜ

Fevralın 14-də Bəhreynin şimalında yerləşən Dair kəndində törədilmiş partlayış nəticəsində yaralanan iki polis əməkdaşından biri vəfat edib. Bəhreyndə “ərəb baharı” qeyd edən aksiya iştirakçıları iki polis maşınını partladıblar. Birinci hadisədə xəsarət alan olmasa da, ikinci partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Bəhreyn DİN-i onlardan birinin vəfat etdiyi barədə xəbəri təsdiqləyib. Aksiya zamanı etirazçılar polis əməkdaşlarına daş, “molotov kokteyli” atıblar. Buna cavab olaraq, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiya zamanı 29 nəfər həbs olunub.

 

Müəllif | Apa.Tv