Dövlət məmurunun evinə QUMBARA ATDILAR
Cənubi Osetiyanın Prezident Administrasiyası rəhbərinin evinə qumbara atıblar. Hadisə paytaxt Sxinvalidə Boris Çoçiyevin yaşadığı binada baş verib. Partlayışda Çoçiyevin özü və ailə üzvləri arasında xəsarət alan yoxdur. Prezident Administrasiyası rəhbərinin yaşadığı evə də ciddi ziyan dəyməyib. Hökumət isə baş verən hadisədən narahat olduğunu gizlətməyib. Cənubi Osetiya prezidenti Leonid Tibilov faktla bağlı hüquq-mühafizə orqanları rəhbərlyinin iştirakı ilə təcili iclas keçirib. İnsidentlə bağlı operativ əməliyyat-axtarış qrupu yaradılıb.