İnternetə qadağa!!!

   Çində internet istifadəçilərinə təxəllüslərdən istifadə etmək qadağan olunub. APA TV-nin məlumatına görə, internet istifadəçiləri bu ölkədə yanlız real adları və soyadları ilə qeydiyyatdan keçməlidirlər. Belə bir qərarı Çin Xalq Respublikasının Televiziya və Radio İdarəsi verib. Qadağa yalnız video hostinqlərdə video yerləşdirənlərə şamil edilir. İnsanlar saytlara video yükləməzdən əvvəl qeydiyyatdan keçməli və pasport məlumatlarını yerləşdirməlidirlər. Hökumətin bu təşəbbüsü cəmiyyət üçün təhlükəli videoların yayılmasının qarşısını almaqla əlaqədardır.

 

Müəllif | Apa.Tv