Bakıda sərxoş müştərilər ofisiantı döydülər

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən restoranların birində kütləvi dava düşüb. Sabunçu rayon polis idarəsinin rəis müavini Əbülfəz Rzayevin APA TV-yə verdiyi məlumata görə, hadisə fevralın 15-də axşam saat 21:30 radələrində baş verib. Bir qrup şəxs restoranın ofisantına etirazlarını bildirib. Digər ofisantlar söhbətə müdaxilə etdikdən sonra qarşılıqlı atmacalar əlbayaxa davaya çevrilib. Sərxoş müştəriləri sakitləşdirmək istəyən restoran sahibi onlardan küçəyə çıxmağı xahiş edib. Onlar isə yenidən təkrar restorana qayıdaraq ofisantın yenidən bayıra çıxmasını tələb ediblər. Ona fiziki müqavimət göstərərək döyüblər. Nəticədə ofisant bədən xəsarətləri alıb və ətrafdakı insanların köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb. Polis müdaxilə etdikdən sonra ofisiantı döyən 4 nəfər saxlanılıb. Hadisənin baş vermə səbəbləri Sabunçu rayon istintaq idarəsində araşdırılır.

Müəllif | Apa.Tv
Almaz Qasımova