Təyyarə müəmmalı şəkildə qeyb oldu
Nepal Hava Yollarına aid təyyarə müəmmalı şəkildə qeyb olub. Hadisə yerli vaxtla saat 13:30 radələrində baş verib. Təyyarə ölkənin turistik şəhəri Pokxardan digər bir şəhərə istiqamət götürmək üçün havaya qalxıb. Cəmi 15 dəqiqədən sonra isə radarlardan itib. Təyyarənin göyərtəsində 14 nəfər olub. Bu barədə Nepalın hüquq-mühafizə orqanları məlumat verib. "Assoşeytad Press"in verdiyi xəbərə görə isə təyyarədə 18 sərnişin olub. Təyyarənin pis hava şəraitində havaya qalxması barədə də xəbərlər var.