Zabitimiz dünyasını dəyişdi
Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib. APA-nın məlumatına görə, hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.