Qubada iki qardaşın EVİ UÇDU

Qubada yaşayış evində uçqun baş verib. APA TV-nin xəbərinə görə, hadisə Yusif Qasımov küçəsi 16 ünvanında qeydə alınıb. Quba sakinləri Habil və Aydın Heydərovlara məxsus iki mənzili birləşdirən divar uçub.  Nəticədə hər iki yaşayış evinə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Zərərçəkənlərin sözlərinə görə, gecə hadisənin səsinə oyanıblar və zərzələ baş verdiyini zənn ediblər.

 

Mənzil sahibləri iddia edir ki, uçquna səbəb Qubada su-kanalizasiya sisteminin yenilənməsi zamanı qazıntı işlərinin aparılması olub. Nəticədə divarda çatlar əmələ gəlib.

 

Qeyd edək ki, hadisə yerinə Quba rayon Fövqaladə Hallar Komissiyasının nümayəndələri baxış keçirib. Komissiyanın sədri Yusif Abidov bildirib ki, tezliklə hadisənin səbəbləri müəyyənləşdiriləcək və zərərçəkənlərə  köməklik göstəriləcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan