Xaçmazda “LEXUS” QADINI VURDU

Fevralın 16-ı axşam saatlarında Xaçmaz şəhərinin N.Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, “Lexus” markalı avtomaşın Xaçmaz şəhər sakini 63 yaşlı Mustafayeva Sara Əmrulla qızını vurub. Sürücü hadisədən sonra xəsarət alan şəxsi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

Qeyd edək ki, xəsarət alan 63 yaşlı qadın Xaçmaz yaşıllaşdırma idarəsinin əməkdaşıdır. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan