Bakıda gecə klubunda ÜÇ POLİS BIÇAQLANDI

Bakının mərkəzində yerləşən gecə klubunda kütləvi davada 3 polisi yaralayıblar. Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında baş verib. Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı, polis leytenantı 23 yaşlı Nicat Hadıyev bud, Nizami RPİ-nin kiçik əməliyyat müvəkkili, 23 yaşlı Tural Həsənov bud və qarın və 24 yaşlı Xalid Məmmədov  qarın nahiyəsindən aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, hər üç şəxs Mikayıl Müşfiq küçəsidə yerləşən gecə klubunda baş vermiş kütləvi dava-dalaş zamanı bıçaqlanıb.

Hadisənin digər iştirakçıları 20 yaşlı Mahmud Qurbanlı, 22 yaşlı Vasif Musayev, 28 yaşlı Firat Qurbanov və 23 yaşlı Ramin Ələsgərov olduğu müəyyənləşdirilib.

APA TV xəbər verir ki, faktla bağlı Səbail RPİ-də cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı