Saratovda azərbaycanlıların "REZİN MƏNZİLİ" AŞKARLANIB

Saratovda miqrasiya xidmətinin əməkdaşları 4 azərbaycanlının qeydiyyatda olduğu "rezin mənzil" aşkarlayıblar. Araşdırma zamanı onların həmin evdə heç vaxt yaşamadıqları məlum olub.

Mənzil sahibi barədə xarici və vətəndaşlığı olmayan şəxslərin qanunsuz qeydiyyata alınması maddəsi ilə materiallar toplanıb, istintaq orqanlarına göndərilib.

APA TV xəbər verir ki, Rusiyada 1 yanvar 2014-cü ildən "rezin mənzillər"lə bağlı qanun qüvvəyə minib. Qanuna əsasən, Rusiya vətəndaşları və ya xariciləri qanunsuz şəkildə qeydiyyata alan vətəndaşlar 100 milyon rubldan 500 min rubla kimi cərimə oluna, 3 il icbari iş kəsilə və ya həmin müddətə azadlıqdan məhrum edilə bilərlər.

 

Müəllif | Apa.Tv