Temperatur 15 dərəcəyə yüksələcək - PROQNOZ
İki gündə Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayın 18-də mülayim cənub küləyi əsəcək, havanın temperaturu gündüz saatlarında 7-12 dərəcə isti olacaq.
ETSN-nin Hidrometeologiya Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə deyib ki, ayın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir tutulacağı və yağıntılı keçəcəyi gözlənilir. Artıq 19-da cənub küləyi arabir güclənən şimal küləyi ilə əvəzlənəcək. Şimal küləyi əsəcəck və arabir güclənəcəkr və havanın temperaturu ayın 19-da aşağı enəcəcək.
Bölgələrdə də ayın 18-də əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Ayın 19-da isə əksər rayonlarda hava şəraiti yağıntılı olacaq: "Aran rayonlarında havanın temperaturunun ayın 18-də gündüz saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda 2-7 dərəcə isti olacağı gözlənilir. Ayın 19-da isə temperatur aşağı enərək, Aran rayonlarında 5-10 dərəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olacaq.
Ayın 18-də metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da arabir güclənən şimal küləyinin əsməsi metohəssas insanlar üçün əlverişsiz olacaq.