İki rayonun POLİS RƏİSİ DƏYİŞDİRİLDİ

Daxili İşlər Nazirliyində kadr islahatları həyata keçirilib. APA TV-nin xəbərinə görə, Nərimanov RPİ 18-ci polis bölməsinin rəisi Xəqani Məmmədov Füzuli rayon Polis Şöbəsinə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi Füzuli Şıxəliyev isə Beyləqan rayon Polis Şöbəsinə rəis təyin edilib. Füzuli rayon Polis Şöbəsinin işdən çıxarılan rəisi Kamandar Əsədov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Şöbəsinin rəisi təyin olunub.

 

Daxili İşlər Nazirliyində bir neçə gün əvvəl keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib. Nazir Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis şöbəsində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib.

 

Müəllif | Apa.Tv