Gürcüstanda sabiq baş nazirə 5 illik həbs cəzası
Gürcüstanın sabiq baş naziri Vano Merabişviliyə 5 il müddətinə həbs cəzası verilib. APA-nın “Georgia Online” portalına istinadən verdiyi məlumata görə, bu qərarı fevralın 17-də Kutaisi şəhər məhkəməsinin hakimi Natiya Barbakadze elan edib.
Vano Merabişvili seçicilərin pulla ələ alınması, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə Kvariati kəndində bağ evinin mənimsənilməsində ittiham olunurdu.