Bakının mərkəzində GÜCLÜ YANĞIN
Bakıda güclü yanğın olub. APA TV-nin xəbərinə görə, Nəsimi rayonunda Əlimərdan bəy Topçubaşov 125 ünvanında qeydə alınan hadisə nəticəsində ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsi 50 kvadratmetr sahədə yanıb.
Şahidlərin dediyinə görə, yanğın evin tavanından başlayıb. Daha sonra isə digər hissələrə keçib. Tüstünü ilk qonşular görüb. Qonşu Fuad Rzayev deyib ki, uşaqları çıxarmağa yardım ediblər. Ev sahibi Dilarə Xanəhmədova deyib ki, hadisə zamanı həyat yoldaşı yatılı vəziyyətdə olub. Uşağı da məktəbdən yeni gəlibmiş.
Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zaman kəsiyində yanğının qarşısını ala biliblər. Hadisə zamanı ev sahibi Xanəhməd Xanəhmədov xəsarət alıb.
Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının qonşu tiklilərə keçməsinin qarşısı alınıb.