Azərbaycan Türkiyədən HƏRBİ MƏQSƏDLİ ÜZƏN KÖRPÜLƏR ALA BİLƏR
"Türkiyə Azərbaycana bəzi müdafiə sistemləri təklif edib".
APA TV-nin xəbərinə görə, Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Yaqub Daşdələn belə deyib. Onun sözlərinə görə, “Roketsan”ın məhsullarının Azərbaycanda istehsal olunması və Azərbaycan Silahlı Qüvvələrinə verilməsi də planlaşdırılır.
Yaqub Daşdələn bildirib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq toplantısında Azərbaycanda liman və tərsanə qurulması gündəmə gətirilib. Azərbaycan Türkiyənin FNSS şirkəti ilə “Samur” üzən körpülərinin alınmasına dair danışıqlar aparır: “Bu məsələdə Azərbaycana yardım etməyə hazırıq. Bunun mülki və ya hərbi tərsanə olacağı aydınlaşdırılmalıdır”.
Onun sözlərinə görə, bu körpü sistemi hazırda Türkiyə ordusunda istifadə olunur.
Azərbaycanın Türkiyənin Milli Piyada Tüfəngi (MPT) layihəsində iştirakı ilə bağlı Yaqub Daşdələn bildirib ki, Azərbaycana bununla bağlı lazım olan məlumatlar verilib: “Biz Azərbaycanın bu tüfənglərə ehtiyacı olduğunu bilirik. Lazım olsa, onların tam, ya da müəyyən hissələrinin burada istehsalı və ya yoxlama prosesini də təşkil etmək mümkündür”.
O, 20 Türkiyə şirkətinin bu ilin sentyabrında Azərbaycanda keçiriləcək birinci