Milli Məclisin sədri İrana gedəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək. APA TV-nin xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun deyib ki, Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilatı məsələlərə baxılacaq.

 

Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcək. 9-cu iclasda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsinin də müzakirəyə çıxarılması planlaşdırılır. Oqtay Əsədovun iranlı həmkarı Əli Laricani və üzv ölkələrin parlament sədrləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv