ASTARA BAZARI YANIR
Astara şəhərindəki mərkəzi bazarda yanğın baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı ilkin məlumat yayıb. Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.