Bakıda Serbiyanın Dövlətçilik günü qeyd olundu
Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətçilik günü münasibətilə rəsmi qəbul təşkil edib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.
Diplomat Azərbaycanla Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
O qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. İndiyədək ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb.
Tədbirdə “Space” Teleradio Şirkətinin rəhbəri Vaqif Mustafayevə üçüncü dərəcəli “Serbiyanın Bayrağı” ordeni təqdim edilib.
Vaqif Mustafayev Serbiya prezidenti Tomislav Nikoliçin fərmanı ilə Serbiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın və dostluq münasibətlərin inkişafına verdiyi töhfələrə görə bu ordenlə təltif edilib.