İPOTEKA KREDİTLƏRİNƏ DAİR YENİ TƏKLİFLƏR NAZİRLƏR KABİNETİNDƏ

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində “Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması” aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib".

Bunu APA TV-yə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib: "Dövlət Proqramı çərçivəsində sosial ipotekanın təkmilləşdirlməsi nəzərdə tutulurdu. Bununla bağlı GİN  və İpoteka Fondu təkliflər paketini hazırlayıb və artıq hökumətə təqdim edib".

 

Ölkədə gənclərə göstərilən qayğıdan danışan İntiqam Babayev deyib ki, müasir tələblərə cavab verən Gənclər Fondu qurulub. Gənclər üçün "Prezident mükafatı" təsis edilib. 23 şəhər və rayonda Gənclər evi və mərkəzi inşa edilib. Daha 14-nün inşasına başlanıb. Gənc kadrlarla bağlı məlumat bankları yaradılıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı